Məşhur futbol hakimi Feliks Brix beynəlxalq karyerasını bitirir.
Offsideplus.az xəbər verir ki, alman hakim bu barədə "Bild" nəşrinə açıqlamasında deyib. 45 yaşlı refere artıq beynəlxalq arenalarda deyil, yalnız yerli çempionat matçlarında hakimlik edəcəyini bildirib:
"Artıq beynəlxalq karyeramı yekunlaşdırmağa qərar verdim. Yeni mövsümdən sadəcə Bundesliqanın matçlarını idarə edəcəm, çempionatı səbirsizliklə gözləyirəm".