Futbol üzrə Amerika Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bürünc medal uğrunda matçda KolumbiyaPeru milliləri üz-üzə gəlib. 5 qolun vurulduğu oyunda 3:2 hesabı ilə qalib gələn Kolumbiya millisi bürünc medallara yiyələnib. Kolumbiyanın heyətində Xuan Kadrado və Luiz Diaz (2) fərqlənib. Peruda isə qolları Yosimar Yotun və Canluka Lapadula vurub.

Bununla da, Kolumbiya millisi tarixində beşinci dəfə turniri üçüncülüklə tamamlayıb.

Amerika Kubokunun finalında Argentina və Braziliya komandaları üz-üzə gələcək.