Rusiya millisi baş məşqçisi Stanislav Çerçesovla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Rusiya Futbol Federasiyası 57 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Yeni baş məşqçi hələ ki, məlum deyil.
Çerçesov 2016-cı ildən Rusiya yığmasının sükanı arxasında idi.
Qeyd edək ki, milli komanda AVRO-2020-nin B qrupunu 3 xalla sonuncu başa vurub.