Lukas Podolski karyerasını Polşada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, sonuncu dəfə "Antalyaspor"un formasını geyinən 36 yaşlı hücumçu "Qurnik" klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Podolski karyerası boyunca "Bavariya", "Arsenal", "Qalatasaray", "Vissel Kobe" kimi klublarda çıxış edib.