ABŞ birinci liqasında 6-cı turun görüşləri keçirilib. 

Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti oyununa çıxıb. 

Komanda səfərdə “Sakramento Ripablik”lə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb - 1:0. 

Rüfət Dadaşov da bu matçın iştirakçısı olub. Hücumçu sonadək mübarizə aparıb. Forvard 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, 5 oyunda 12 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.