"İnter Mayami" klubu 2 milyon dollar məbləğində cərimə edilib.
Offsideplus.az xəbər verir ki, Devid Bekhemin sahibi olduğu klub ötən il fransalı oyunçu Blez Matuidini transfer edib və ona verdiyi maaşla ödəniş limitini keçib.
Beləliklə, "İnter Mayami" heyət və büdcə ilə bağlı qaydaları pozub. Nəticədə klub 2 milyon dollar cərimələnib.