Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubunun yeni formasını təqdimatı gündəm olub.

Offsideplus.az  xəbər verir ki, buna səbəb geyimin okeanın dibində təqdim olunmasıdır. Ətraf mühitin və okeanların çirkləndirilməsi probleminə həsr olunan yeni formanın 50 faizi yenidən işlənilmiş plastik maddələrdən ibarətdir. Dəstlər çiyinlərində narıncı zolarları olan parlaq mavi rəngdədir.

Qeyd edək ki, geyim dəstini təqdim edən model Koral Tomaşik, çəkiliş üçün okeanın 30 metr dərinliyinə baş vurmalı olub.

Həmin görüntüləri təqdim edirik: