Futbol üzrə ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” doğma meydanda “Oakland Roots” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 3:0 hesablı qələbəsiylə başa çatıb. 

Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb.

Qeyd edək ki, iki oyuna 6 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədədir.