Həmyerlimiz Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin şərəfini qoruduğu “Dinamo-Avto” bu gün ölkə çempionatının 31-ci turu çərçivəsində doğma meydanda “Speranta” ilə qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Orxan Qurbanlı da bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.