Yığmamızın futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" klubu Premyer Liqanın 25-ci turunda bu gün "Şaxtyor"(Donetsk) ilə keçirilməli olan oyuna çıxmaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, buna bukmeker kontorlarında qarşılaşmaya anomal dərəcədə pul qoyuluşu səbəb olub.
Qeyd edək ki, “Minay” – “Şaxtyor” oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlamalı idi.