Bir müddət öncə sosial şəbəkələrdə Ayxan adlı tovuzlu yeniyetmənin şəkli ürəkləri dağlamışdı.

"Qalatasaray"ın qapıçısı Musleranın fanatı olduğundan, ağ formanın arxasına qələmlə "F.Muslera 1" yazmışdı.

Offsideplus.az xəbər verir ki, fotonun yayılmasından sonra Ayxanın arzusu gerçəkləşib. Belə ki, "Ultraslan Azərbaycan"ın üzvləri Tovuza səfər edərək həm yeniyetmə ilə görüşüb, həm də ona Musleranın formasını, əlcək və adıçəkilən qrupun şərfini hədiyyə edib.

Qeyd edək ki, fotonu PFL rəsmisi Elgiz Abbasov şəxsi "feysbuk" səhifəsində aylaşmışdı. 

IMG 4002

IMG 4003

IMG 4004