"Portu"nun baş məşqçisi ağr cəzaya məruz qalıb.

Offsideplus.az "A Bola"ya istinadla xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi Serjio Konseysaoya 3 həftə stadionlardan kənar qalma cəzası və 10200 avroluq pul cəriməsi kəsib. Səbəb 46 yaşlı mütəxəssisin yerli çempionatın 29-cu turu çərçivəsində "Moreyrense" ilə baş tutan oyunda (1:1) hakimi aşağılaması səbəb olub: "Sən zəif və murdar insansan! Oğrusan! İki çempionluğumuzu oğurlamısan, yenə öz ampluandasan".

Qeyd edək ki, "Portu" çempionatda topladığı 67 xalla lider "Sportinq"dən 6 xal geri qalır.