Yay transfer "pəncərəsi" açılmamış "Mançester Siti" növbəti mövsüm üçün ilk transferini gerçəkləşdirdi.
"Şəhərlilər" dünən "Fluminense"dən Kayki de Silva ilə anlaşdıqlarını açıqladı.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu İngiltərəyə yayda yollanacaq. Hələliksə "Fluminense"nin uğurları üçün tər tökməkdədir. Kayki cari mövsümdə bu komandanın heyətində 8 oyunda meydana çıxmaqla 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Sonuncu qolunu aprelin 12-də "Fluminense" - "Nova İquasu" (3:1) oyununda vurub ki, qol kifayət qədər baxımlı alınıb.
Həmin görüntünü təqdim edirik.
— Drafts 3.7 (@3Drafts) April 23, 2021