Almaniya nəşri "Der Spiegel" Avropa Super Liqasındakı klublar arasında imzalanan müqavilənin şərtlərini açıqlayıb.
Offsideplus.az "Daily mail"ə istinadən xəbər verir ki, İngiltərənin 6 nəhəngi, İspaniya və İtaliyanın 3 klubu tərəfindən qəbul olunan müqavilədə aşağıdakı detallar var:
Bütün klublar 23 illik iştirak müqaviləsi imzalayır. Heç bir klub ilk 3 il müddətinə rəsmən ayrıla bilməz. Rəsmən çıxan klubların hər biri 150 milyon avro ödəməli olacaq və bu məbləğ layihədə rəsmən qalan klublar arasında bölünəcək. Klubların infrastrukturu üçün 3.5 milyard avro ayrılacaq və gəlirlərinin sadəcə 55%-ni maaşlara xərcləyə bilərlər.
İlk 2 il ərzində "Real" və "Barselona" klubları 60 milyon avro daha artıq gəlir əldə edəcək, iki mövsümdən sonra bu rəqəmlər 30 milyona enəcək.
Layihəyə qoşulan klublar Superliqadan əlavə sadəcə öz ölkələrindəki oyunlara (Liqa+kubok+Superkubok) çıxa bilər;
Hər klubun razılaşdırılmış kanal yayımından əlavə, öz rəsmi saytlarında və ya öz kanallarında 4 oyunu yayımlamaq hüququ olacaq;
PSJ klubuna təklifə cavab vermək üçün 14 gün, "Bavriya" və "Borussiya" (Dortmund) klublarına isə 30 gün əlavə vaxt verilir.
Bundan əlavə, qeyd edilir ki, hazırda heç bir klub rəsmi olaraq layihəni tərk etməyib.