Avropa Super Liqasının ləğv edildiyi barədə xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə nüfuzlu “TalkSport” məlumat yayıb. Bu gün 12 klubun iştirakı ilə toplantı keçirildiyi və turnirin ləğv edilməsi haqda qərar verildiyi bildirilib.

Qeyd edək ki, indiyə qədər “Atletiko”, “Barselona”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və “Mançester Siti” klublarının layihədən geri çəkilduyu bildirilir.