UEFA  6 milyard avro ilə yeni yaradılan liqanın qarşısını almağı planlaşdırır.

Offsideplus.az "Bloomberg"ə istinadən xəbər verir ki, qurum Avropa Super Liqasını dayandırmaq üçün "Centricus Asset Management"lə 6 milyard avro məbləğində maliyyələşdirmə paketi üçün danışıqları davam etdirir. Müzakirələrin aylardır davam etdiyi, lakin investisiya şirkətinin hələ rəsmi olaraq cavab vermədiyi bildirilir.

Qeyd edək ki, daha öncə ABŞ-ın nəhəng bankı olan "JP Morgan"ın futbol dünyasında mübahisələrə səbəb olan Avropa Superliqasına 4 milyard avro investisiya qoyacağı bildirilmişdi.