Kolumbiya yığmasının sabiq futbolçusu Con Viafara həbs edilib.
Offsideplus.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məruz qalıb.
Qeyd edək ki, o, ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.