"Neftçi"nin futbolçusu Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfindən bəhs edib.

Offsideplus.az xəbər verir ki, yaponiyalı ulduz 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının ("SEA Games") qalibi olmaq istədiklərini bildirib:

"Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz "SEA Games"i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.