21 yaşadək futbolçular üzrə Avropa çempionatının seçmə mərhələsində Xorvatiya və İngiltərə milliləri qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş İngiltərənin 1:2 hesablı qələbəsi ilə yekunlaşsa da, top fərqinə görə xorvatlar növbəti mərhələyə yüksəlib. İngiltərə millisi və "Liverpul"un futbolçusu Körtis Cons rəqibin qələbə sevincini həzm edə bilməyib və futbolçulara hücum edib.
Yoldaşları əvvəlcə onu saxlaya bilməsələr də, sonradan münaqişənin daha da böyükməsinin qarşısı alınıb. Baş hakim oyunçuya isə qırmızı vərəqə göstərib.
Həmin görüntüləri təqdim edirik: