Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya Lüksemburqun qonağı olub. 

51-ci dəqiqədə fərqlənən Kriştiano Ronaldo millidə vurduğu qolların sayını 103-ə çatdırıb. Portuqaliyalı ulduzun milli komandada ən çox qol vuran futbolçu rekordunu qırmaq üçün daha 6 qola imza atmalıdır (Əli Dayi, 109 qol, İran millisi).

Offsideplus.az portuqalların 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun icmalını təqdim edir:

Lüksemburq - Portuqaliya - 1:3 (Gerson Rodriges, 30 - Dioqo Jota, 45+2. Kriştiano Ronaldo, 51. Joau Palyinya, 80.)