"Neftçi" bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" öz meydanında U-21 millimizlə qarşılaşıb.

Görüş "flaqman"ın qələbəsi ilə yekunlaşıb - 3:1. Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. "Neftçi"nin digər qollarını Mirabdulla Abbasov və Sabir Buqrin vurub.