"Neftçi"nin yeni transferi Keysuke Honda Bakıya gəldiyi gündən mənzildə yox, oteldə məskunlaşıb.
Offsideplus.az etibarlı mənbədən əldə etdiyi məlumata əsasən xəbər verir ki, "Milan"ın sabiq futbolçusu Bakıdakı mehmanxanaları gözdən keçirdikdən sonra "Hyatt Regency"də qalmağı məqsədəuyğun bilib. Odur ki, "4 nömrə" artıq neçə gündür adlçəkilən oteldə gecələyir. Lakin bu, müvəqqəti xarakter daşıyır.
Belə ki, "Port Baku Residence"də bir neçə mənzilin şəraiti ilə tanış olan yapon futbolçu seçimini edib. Bu gün, uzağı sabah şəhərin mərkəzində yerləşən dəbdəbəli yaşayış kompleksində kirayələdiyi mənzilə köçəcək.