Millimizin formasını geyinəcəyi gözlənilən əslən azərbaycanlı futbolçu Ukraynada ayın futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, "Minay"lı Anatoli Nuriyev fevralın ən yaxşısı adına layiq görülüb. Belə ki, klubun rəsmi teleqram kanalında avarkeşlər arasında keçirilən sorğuda 26 yaşlı oyunçu hamını qabaqlayıb. Yeri gəlmişkən, Anatoli ardıcıl 4-cü aydır eyni uğura imza atır.
Qeyd edək ki, Nuriyev vətəndaşlıq almaq üçün bir müddət öncə Bakıya səfər etmişdi. Problem yaranmasa, "Minay"dakı komanda yoldaşı Rüstəm Əhmədzadə də yığmamızın uğurları üçün tər tökəcək. (Report)