Millimizin sabiq baş məşqçisi Robert Prosineçkiyə daha bir klubdan təklif göndərilib.

Offsideplus.az xəbər verir ki, Belçikanın "Standard" klubu xorvatiyalı mütəxəssislə maraqlanır. Yerli mətbuat yazıb ki, "Standard"ın məhz Prosineçkiyə təklif göndərməsi təsadüfi deyil. O 2001-ci ildə bu klubda futbolçu kimi çıxış edib.

Qeyd edək ki, R.Prosineçki ilə Bosniya və Herseqovina millisi də yaxından maraqlanır.

qol.az