Bu gün Qətərdə klublararası dünya çempionatı başlayıb.
Offsideplus.az xəbər verir ki, turnirin açılış oyununda Meksikanın "Tiqres" və Cənubi Koreyanın "Ulsan" komandaları qarşılaşıb.
Matç Şimali Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Tiqres" yarımfinal mərhələsindəLibertadores kubokunun qalibi olan Braziliyanın "Palmeyras" klubu ilə üz-üzə gələcək.