"Qarabağ"la vidalaşan futbolçu Faysal Rerrasın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Mərakeşin "Muludia Ucda" klubundan Bolqarıstanın "Levski" (Sofiya) komandasına transfer olub. Mərakeş əsilli belçikalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Faysal Rerras "Qarabağ"ın formasını 2019/2020 mövsümündə geyinib.