Devid Bekhem yarı sahibi olduğu “İnter Mayami”nin baş məşqçisi Dieqo Alonsonu göndərib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Uruqvaylı mütəxəssis 2019-cu ildən komandanı çalışdırırdı.

Qeyd edək ki, “İnter Mayami” Alonsonun baş məşqçiliyi altında 2020-ci il mövsümünü Şərq konfransında 10-cu pillədə tamamlayıb.