Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Andres İnyesta 4 ay müddətinə sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi sağ ayağından zədə alıb.
İspaniya yığmasının keçmiş üzvü buna görə hətta əməliyyat olunub. Onun əməliyyatı uğurlu olub.
Qeyd edək ki, Andres İnyesta 2002-2018-ci illər aralığında "Barselona"nın şərəfini qoruyub. O, 2020-ci ildə 34 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.