Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona koronavirusa yoluxmasının ardınca xəstəxanaya yerləşdirilib.
Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin səhhətində təhlükə yoxdur.
Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək.qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçunun paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.