Hazırda Danimarkada məşqçi kimi fəaliyyət göstərən "Səbail"in sabiq futbolçusu Maykl Essyen Azərbaycana təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı ulduz “Çelsi” klubunun rəsmi saytına müsahibəsində futbolçu karyerasından razılıqla danışıb və çıxış etdiyi ölkələrə təşəkkür edib.

“Elə bir an gəlir ki, dəyişməli və fərqli şeylər etməlisən. Əlbəttə ki, darıxacam, amma yenə bu sahədə olacam. Son 20 ildə bir çox klublarda oynamaq fürsəti əldə etdiyim üçün həmin ölkələrə minnətdaram. Fransa, İspaniya, İtaliya, Yunanıstan, İndoneziya və Azərbaycanda çıxış etdim. Dünyanı gəzərək futbol oynadığım üçün xoşbəxtəm. Halbuki çoxları bunu bacarmayıb. Futbolun apardığı hər səyahətdən zövq aldım”, - deyə qanalı futbolçu qeyd edib.

Qeyd edək ki, Essyen karyerası ərzində “Bastiya”, “Lion”, “Çelsi”, “Real”, “Milan”, “Panatinaikos” “Persib” kimi nəhəng klublarda çıxış edib.