Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da yeni mövsümdə ilk oyununa çıxıb.

Komanda doğma meydanda “Mariupol” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Pavel Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.