Latviya 1-ci liqasında 8-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki,millimizin sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti oyununa çıxıb.

Komanda səfərdə lider “Lokomotiv” (Dauqavpils) ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Vüqar Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu 39-cu dəqiqədə sarı vərəqə alıb, 42-də isə əvəzlənib.