Çexiyanın “Viktoriya” (Jijkov) klubu yoxlama görüşündə qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, U-21 millimizin hücumçusu Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi digər Çexiya klubu “Vısotsina” ilə üz-üzə qarşılaşıb.

Oyun “Viktoriya”nın qələbəsiylə başa çatıb - 3:2.

Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və komandasının ilk qolunu vurub.