Latviya 1-ci liqasında 5-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Saldus” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 6:1.

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu sonadək mübarizə aparıb. Həmyerlimiz bu görüşdə dubla imza atıb.