İyul ayının 30-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçiriləcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 14:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələ daxil olunub:

- “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi