Moldova çempionatında 5-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti oyununa çıxıb.

Komanda doğma meydanda “Sfintul” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Həmyerlimiz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.