Millimizin sabiq forvardı Vüqar Əsgərov Latviyada növbəti dəfə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, növbəti mövsümə “Dauqavpils”də başlayan 35 yaşlı futbolçu bundan sonra “Super Nova”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, futbolçumuzun yeni komandası 7 xalla 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.