Futbol üzrə Çexiya 2-ci divizionunda 30-cu turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, gənclərdən ibarət yığmamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” öz meydanında lider "Pardubiçe" ilə qarşılaşıb. Oyun Jijkov təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

Futbolçumuz görüşün 46-cı dəqiqəsində meydana çıxıb.