Futbol üzrə Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Usti nad Labem”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.