Futbol üzrə Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, gənclər yığmamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə "Brno" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə çatıb - 6:1.

Start heyətdə meydana çıxan Fərid matçın 60-cı dəqiqəsində əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.