Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti görüşünə çıxıb.
Sözügedən komanda doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Həmyerlimiz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 35-ci dəqiqəqə Nəbiyev vurub. Bununla da o, sözügedən çempionatda ilk rəsmi qoluna imza atıb.