Futbol üzrə Belarus çempionatında 10-cu turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. "Dinamo" öz meydanında BATE-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

Qeyd edək ki, BATE bu qələbə ilə xalını 22-ə çatdırıb və liderliyini möhkəmləndirib.