Braziliyanın dünyaca məşhur “Marakana” stadionu koronavirus xəstələri üçün müvəqqəti hospital kimi fəaliyyətə başlayıb.
Offsideplus.az xəbər verir ki, paytaxt Rio-de-Janeyroda yerləşən arenanın ərazisində 38 günə inşa olunan hospital eyni vaxtda 400 koronavirus xəstəsini qəbul edə biləcək.
Hazırda hospitalda hələlik 50-si reanimasiya olmaqla, 170 yataq var. Mayın ortalarına qədər daha 230 yatağın quraşdırılması nəzərdə tutulub.