Hazırda "Boloniya”da çalışan Sinişa Mixayloviç Lissabon "Sportinq”indən 3 milyon avro kompensasiya alacaq.
Offsideplus.az xəbər verir ki, Mixayloviç 2018-ci ilin 18 iyulunda "Sportinq”in baş məşqçisi təyin edilib. Amma bundan 9 gün sonra prezident istefa verib və məşqçi ilə müqavilə ləğv olunub.
Baxmayaraq ki, onun 3 illik müqaviləsi olub.
"Sportinq” buna görə Sinişaya cəmisi 300 min avro ödəyib. Serb mütəxəssis bir müddət sonra İdman Arbitraj Məhkəməsinə müraciət edib və 11,2 milyoan avro kompensasiya tələb edib. Məhkəmə "Sportinq”in Mixayloviçə 3 milyon avro ödəməli olduğu barədə qərar çıxarıb.