Rumıniya polisi "Styaua" klubuna qarşı araşdırmaya başlayıb.

Offsideplus.az xəbər verir ki, buna Buxarest təmsilçisinin futbolçuların klub bazasında məşqə çıxmalarına icazə verməsi səbəb olub.

Hazırda Rumıniyada koronavirus pandemiyası üzündən fövqəladə vəziyyət hökm sürür. Sakinlər özünütəcrid rejiminə mayın ortalarınadək əməl etməlidirlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar əksər idman yarışı dayandırılıb.