"Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barədə yayılan xəbərlər əsassızdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri sosial "Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva deyib. O, insanları yalan məlumatlarla aldatmamağa çağırıb:
"Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb "Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın".