Məşhur idman fotoqrafı Entoni Kauzi vəfat edib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı Kauzi koronavirusdan ölüb. Mərhum fotoqrafın iki övladı var idi.

Qeyd edək ki, o, 1994-cü ildən bəri "New York Post" agentliyində işləyirdi. Kauzi Nyu-Yorkda keçirilən idman yarışlarını lentə alırdı.