Çinin “Xançjou Qrintaun” klubunda forma geyinən “Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu da karantinə alınıb.

Offsideplus.az xəbər verir ki, cənubi afrikalı forvard Çində koronavirus yayılmağa başlayanda ölkəsinə qayıdıb.

Bu yaxınlarda Çinə geri dönən futbolçu karantinə alınıb. Futbolçu özü bu barədə məlumat verib.

Qeyd edək ki, Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib.