Bu gün Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti, "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimovun köməkçisi Sahil İmanov jurnalist Fuad Abbasova Mənsimovun vəziyyəti ilə bağlı yeni məlumat verib.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, M.Mənsimovun vəziyyəti hazırda yaxşı deyil. S.İmanov bildirib ki, ötən günlərdə Mənsimovun səhhətində problemlər yaranıb. O, iş adamının 5 gündür yemək yemədiyini, sədəcə su içdiyini deyib.
Qeyd edək ki, Mənsimov 15 martda FETO ilə əməkdaşlıqda ittiham edilərək saxlanılmışdı.