Palmali Şirkətlər Qrupunun Rəhbəri, "Xəzər Lənkəran" klubunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda saxlanılıb.

Offsideplus.az xəbər verir ki, o, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb. İş adamının ofisində axtarış aparılıb.

Mənsimovun FETÖ istintaqı çərçivəsində saxlanıldığı bildirilir. 

Bir qədər əvvəl isə onun həbsdən azad edildiyi barədə xəbər yayılıb.